525.Az

“Lester” azarkeşləri Madriddə həbs olundu


 

“Lester” azarkeşləri Madriddə həbs olundu<b style="color:red"></b>

Çempionlar Liqasında 1/4 final mərhələsinin “Atletiko” ilə oyunu üçün Madridə gedən “Lester” azarkeşləri ilə polis arasında qarşıdurma yaranıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dünən gecə Madridin “Mayor” meydanında toplaşan 70-ə yaxın “Lester” azarkeşi ətrafa zərər verib, asayişi pozmağa cəhd edib.

İspan polislərinin xəbərdarlığına məhəl qoymayan fanatlar onlara şüşə butulka atıblar. Hadisə nəticəsində 3-ü polis, 2-i azarkeş olmaqla  5 nəfər xəsarət alıb.

Polisin müdaxiləsindən sonra 8 azarkeşin həbs edildiyi açıqlanıb.

Xatırladaq ki, “Atletiko” - “Lester” oyunu bu gün saat 22:45-də start götürəcək.

 





12.04.2017    çap et  çap et