525.Az

Lapşin müayinə edildi


 

Lapşin müayinə edildi<b style="color:red"></b>

Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda saxlanan Rusiya vətəndaşı Aleksandr Lapşinlə bağlı vəziyyəti izləməkdə davam edir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, bloqerin işi ilə bağlı istintaq müddəti iyulun 15-dək uzadılıb.

M.Zaxarova əlavə edib: “A.Lapşin tərəfindən saxlanma şəraiti ilə bağlı şikayətlər daxil olmayıb. Səfirliyin xahişi ilə A.Lapşin tibbi müayinə edilib. Biz vəziyyəti nəzarət altında saxlayırıq”.

 





12.04.2017    çap et  çap et