525.Az

Tramp sözünü geri götürdü


 

Tramp sözünü geri götürdü<b style="color:red"></b> Terrorizmlə fəal mübarizəyə başlayan NATO artıq köhnəlmiş təşkilat deyil.
 
APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp NATO baş katibi Yens Stoltenberq ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
 
Tramp NATO baş katibinə, eləcə də Alyansa üzv ölkələrə Suriyanın “Şayrat” aviabazasına endirilən raket zərbəsini dəstəklədiklərinə görə minnətdarlığını bildirib.
 
“Deyirdim ki, NATO köhnəlib. Artıq belə deyil”, deyə ABŞ prezidenti vurğulayıb.
 





13.04.2017    çap et  çap et