525.Az

Putin ABŞ dövlət katibi ilə görüşdü


 

Putin ABŞ dövlət katibi ilə görüşdü<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu qəbul edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov bildirib.
 
Danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.
 
Hələlik görüşün detalları açıqlanmır. Bundan əvvəl S.Lavrov və R.Tillerson arasında beş saat davam edən danışıqlar baş tutub.
 





13.04.2017    çap et  çap et