525.Az

Ronaldodan növbəti rekord


 

Ronaldodan növbəti rekord<b style="color:red"></b>

“Real”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Qol.az-ın xəbərinə görə, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının “Bavariya” ilə ilk oyununda gerçəkləşdirib.

Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştiano 2 dəfə UEFA superkubokunda qol vurub.

Qeyd edək ki, Ronaldo ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund “Borussiya”sına vurmuşdu.

 





13.04.2017    çap et  çap et