525.Az

Kremldə Müslüm Maqomayevə həsr olunmuş konsert keçiriləcək


 

Kremldə Müslüm Maqomayevə həsr olunmuş konsert keçiriləcək<b style="color:red"></b> Kreml Dövlət Sarayında Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən qala konsert keçiriləcək.
 
APA-nın Kreml Dövlət Sarayının saytına istinadən verdiyi məlumata görə, “Sənsiz nəğmə yoxdur” adlı konsert mayın 31-də olacaq.
 
Konsert “Rus filarmoniyası” Moskva simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsinin birgə proqramı əsasında baş tutacaq.
 
Gecədə Rusiya Dövlət Akademik Böyük Teatrının, Moskva Akademik Musiqili Teatrının, Yeni Opera Moskva Teatrının, Almaniyanın Leypsiq Opera Teatrının solistləri çıxış edəcəklər.
 





13.04.2017    çap et  çap et