525.Az

ABŞ-da ilk müsəlman hakim qadının cəsədi Hudzon çayında tapıldı


 

ABŞ-da ilk müsəlman hakim qadının cəsədi Hudzon çayında tapıldı<b style="color:red"></b>

Nyu-York şəhərinin apellyasiya məhkəməsinə hakim təyin edilmiş ilk müsəlman qadının cəsədi çərşənbə günü Hudzon çayında aşkar edilib.

Nyu-York polisinin verdiyi məlumata görə, 65 yaşlı Şeyla Əbdüssalamın cəsədi 132-ci küçənin və Hadson-Parkueyin yaxınlığında Hudzon çayında aşkar edilib. Hadisənin şahidləri dərhal 911 xidmətinə zəng vurublar.

Hakimiyyət orqanları bildiriblər ki, elə həmin gün bu telefon zəngindən bir qədər əvvəl Əbdüssalam itkin düşmüş elan edilib. Şeyla Əbdüssalamın bədənində zədə əlamətləri aşkar edilməyib. Məlumata görə, Əbdüssalamın əri onun cəsədini tanıyıb. İstintaq davam edir.

AzərTAc

 





13.04.2017    çap et  çap et