525.Az

"Barselona"da gərginlik - Messi və Neymar məşqə çıxmadılar


 

"Barselona"da gərginlik - Messi və Neymar məşqə çıxmadılar<b style="color:red"></b>

"Barselona"nın futbolçuları Lionel Messi və Neymar komandanın son məşqinə çıxmayıblar.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna məşqdən əvvəl klubun baş məşqçisi ilə sözügedən oyunçular arasında keçirilən görüş səbəb olub.

Söhbət zamanı L.Enrike Messi və Neymara "Yuventus"a qarşı Çempionlar Liqasında keçirilən ilk oyundakı zəif çıxışlarına görə iradını bildirib.

Enrikenin sözlərindən narazı qalan Messi və Neymar meydanı tərk edib və fərdi məşq etməyə başlayıb.

Halbuki, klub argentinalı hücumçunun səhhəti ilə bağlı hər hansı bir məlumat yaymayıb.

Qeyd edək ki, "Yuventus" - "Barselona" matçı İtaliya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 





13.04.2017    çap et  çap et