525.Az

Türk hərbçiləri Azərbaycan Ali Hərbi Məktəbində


 

Türk hərbçiləri Azərbaycan Ali Hərbi Məktəbində <b style="color:red"></b> Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.
 
Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da yaxından tanış olub.
 





13.04.2017    çap et  çap et