525.Az

"Bəzi qurumlar nöqsana yol vermiş şəxslər barəsində tədbirlər görməyib"


 

"Bəzi qurumlar nöqsana yol vermiş şəxslər barəsində tədbirlər görməyib"<b style="color:red"></b> "2016-cı il üzrə nəzarət tədbiri kimi audit aparılan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub".
 
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.
 
Onun sözlərinə görə, bəzi qurumlar tərəfindən nöqsan və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.
 
"Həmçinin, bu tədbirlərin preventiv xarakter daşımasını nəzərə alaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb”, - deyə o vurğulayıb.
 





14.04.2017    çap et  çap et