525.Az
Körpələr evində yanğın: 18 uşaq xilas edildi
Bakıda körpələr evində yanğın olub.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.
Ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub.
Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
14.04.2017
çap et