525.Az

Rusiya “Eurovision-2018”dən kənarlaşdırıla bilər


 

Rusiya “Eurovision-2018”dən kənarlaşdırıla bilər<b style="color:red"></b> Avropa Yayım İttifaqı Rusiyanın “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.  
 
APA-nın xəbərinə görə, bu barədə Lenta.ru-ya  AYİ-dən bildirilib. Qurumdan həmçinin bildirilib ki, “Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: “Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”. 
 
Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib.

“Təəssüf ki, hər iki variant “Birinci kanal” tərəfindən rədd olunub. Kanal rəhbərliyi “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək”, - deyə bəyanatda qeyd olunub.  
 
Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı “Eurovision-2017”–də  "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.
 





15.04.2017    çap et  çap et