525.Az

“Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər"


 

“Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər"<b style="color:red"></b> “Bəzi şəxslər dinin adından istifadə edərək “Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər".
 
APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, gərginlik yaratmaq istəyənlərin həmin məscid və məhəllə ilə heç bir əlaqəsi olmayıb:

"Prezident məsələ ilə bağlı konkret mövqeyini bildirdi, dindarlarımız da dövlət başçısının bu addımını dəstəkləyir. Heydər Əliyevin, Zərifə xanımın ailəsində böyüyən İlham Əliyev həzrətləri dini abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür və inşallah hələ çox işlər də görəcək. Prezident biz dindarlara verdiyi sözə həmişə əməl edib".
 





15.04.2017    çap et  çap et