525.Az

Dünyanın ən yaşlı qadını vəfat etdi


 

Dünyanın ən yaşlı qadını vəfat etdi<b style="color:red"></b> İtaliyada dünyanın ən yaşlı qadını Emma Morano vəfat edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, planetin ən yaşlı qadını hesab edilən E.Morano 118 yaşında dünyasını dəyişib.
 
E.Morano 1899-cu ildə İtaliyanın şimalındakı Pyemont vilayətində anadan olub. Son illər o Pyemontun Laqo-Macore gölü yaxınlığındakı evində yaşayıb. E.Moranonun ölümünün səbəbi açıqlanmır.
 





15.04.2017    çap et  çap et