525.Az

Türkiyədə hakim partiyanın yerli rəhbərinin avtomobili atəşə tutuldu: ölən var


 

Türkiyədə hakim partiyanın yerli rəhbərinin avtomobili atəşə tutuldu: ölən var<b style="color:red"></b> Türkiyənin Van vilayətində hakim Ədalət və İnkişaf partiyasının Muradiyyə rayonu üzrə rəhbəri İbrahim Vanlının avtomobili PKK terrorçuları tərəfindən atəşə tutulub.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İ.Vanlıya zərər dəyməsə də, hadisə nəticəsində onun digər avtomobildə olan qardaşı oğlu Adnan Vanlı ölüb, daha bir nəfər yaralanıb.
 
Məlumata görə, hadisə yerindən qaçan terrorçuların tutulması istiqamətində əməliyyat başlayıb.
 





16.04.2017    çap et  çap et