525.Az

Həftənin ilk iş günü hava necə olacaq?


 

Həftənin ilk iş günü hava necə olacaq? <b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 7-10° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz  45-50 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, aprelin 17-də hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Lakin gündüz  bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 





16.04.2017    çap et  çap et