525.Az

Azərbaycan və İran müdafiə nazirləri bir arada


 

Azərbaycan və İran müdafiə nazirləri bir arada<b style="color:red"></b> İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov aprelin 16-da Tehranda İran müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqan ilə görüşüb.
 
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.
 
Sonra rəsmi qarşılanma mərasimi keçirilib. İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





16.04.2017    çap et  çap et