525.Az

ABŞ-ın vitse-prezidenti Cənubi Koreyadadır


 

ABŞ-ın vitse-prezidenti Cənubi Koreyadadır<b style="color:red"></b> Mayk Pens Cənubi Koreya Respublikası-KXDR sərhədində yerləşən ABŞ-ın hərbi aviabazasına gəlib.
 
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
 
“Yerli vaxtla saat 09:30-da  vitse-prezident Mayk Pens “Camp Bonifas” hərbi aviabazasına gəlib”, məlumatda deyilir.
 
Məlumata əsasən, M.Pens Cənubi Koreyaya səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti səlahiyyətlərini icra edən baş nazir Xvan Qe An ilə görüşəcək. Danışıqlarda Koreya yarımadasındakı vəziyyət müzakirə ediləcək.
 





17.04.2017    çap et  çap et