525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Aprelin 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.
 
Mülayim cənub küləyi arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 8-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 75-80 %, gündüz 45-55 % təşkil edəcək.
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 





17.04.2017    çap et  çap et