525.Az

Bakıda “Raquf Orucov Kuboku” keçiriləcək


 

Bakıda “Raquf Orucov Kuboku” keçiriləcək<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012”nin təşkilatçılığı ilə 21 yaşınadək oğlanlar və qızlar arasında (U-21) cüdo üzrə klub komandalarının beynəlxalq turniri keçiriləcək.

Qol.az-ın xəbərinə görə, turnir ötən il aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr edilib.

“Raquf Orucov Kuboku” adlandırılan bu turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstanın klub komandaları iştirak edəcəklər. Yarış BakıƏl Oyunları İdman Sarayında 2017-ci il aprelin 20-də saat 10.00-da başlanacaq. Rəsmi açılış mərasimi həmin gün saat 17.00-da olacaq, sonra final görüşləri  və mükafatlandırma mərasimi keçiriləcəkdir.  

Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini inkişaf etdirmək, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.

 





17.04.2017    çap et  çap et