525.Az

Bakıdan Ciddəyə birbaşa aviareys açılır


 

Bakıdan Ciddəyə birbaşa aviareys açılır<b style="color:red"></b> "Azərbaycan Hava Yolları" QSC (AZAL) cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.
 
AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.
 
Ciddəyə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.
 





17.04.2017    çap et  çap et