525.Az

BDU-nun filoloq alimləri Kazanda keçirilmiş Beynəlxalq konfransda


 

BDU-nun filoloq alimləri Kazanda keçirilmiş Beynəlxalq konfransda<b style="color:red"></b>

Rusiya Federasiyasının Kazan şəhərində "Dəyişən dünyada türk xalqlarının ənənəvi mədəniyyəti" mövzusunda I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Konfransa dünyanın müxtəlif ölkələrindən 150-dən çox elm adamı qatılıb.

Konfransda Bakı Dövlət Universitetini Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə, Türkologiya kafedrasının professoru Firuzə Ağayeva və "Türkoloji araşdırmalar" Elmi Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova təmsil ediblər.

Konfransın plenar iclasında professor Leyla Gərayzadə “Kitabi-Dədə Qorqud” dastanında ozan obrazı”, bölmə iclaslarında isə professor Firuzə Ağayeva "Abay Kunanbayevin etik-pedaqoji baxışları" və filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova "Qədim türk dil mənzərəsinin milli özəlliyi" adlı məruzələrlə çıxış ediblər. 

Bölmə iclasları başa çatdıqdan sonra konfransın bağlanış mərasimi keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin bu müddətdə Tatarstan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi beynəlxalq sərgidə BDU alimlərinin kitabları da nümayiş olunub.

 





19.04.2017    çap et  çap et