525.Az

"Telekanallarda ciddi nöqsanlar mövcuddur”


 

"Telekanallarda ciddi nöqsanlar mövcuddur” <b style="color:red"></b>

“Televiziyalarda yaradılacaq bədii şuraların yalnız dil, yaxud ümumi milli-mənəvi dəyərlərlə bağlı olması hazırda müzakirə edilən məsələlərdəndir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. O qeyd edib ki, artıq televiziya və radio kanallarında ədəbi dilin qorunması məqsədilə prezidentin imzaladığı sənədin icrası ilə bağlı tədbirlərə start verilib: “Sabah keçiriləcək yığıncaqda bununla bağlı müzakirələr aparılacaq. Təbii ki, bədii şuralar yaradılarkən bunun ən optimal variantını seçməliyik”.
 
MTRŞ sədri deyib ki, uzun müddətdir milli-mənəvi dəyərlərin televiziyalarda qorunması ilə bağlı da məsələlər ortaya çıxıb və müzakirələr aparılır: “Televiziya kanallarında bu istiqamətdə də ciddi nöqsanlar mövcuddur. Bunları aradan qaldırmaq üçün müzakirələr aparılır. Azərbaycan ədəbi dilinin efirdə tam hökmran olması bizim əsas məsələlərimizdən biridir. Efirə çıxan aparıcılar Azərbaycan dilini səlis, aydın bilməlidir. Biz küçə danışıq dilindən birdəfəlik xilas olmalıyıq. Bu problemlər radiolarda da mövcuddur. Artıq qərarlarımız radiolara da şamil olunacaq”.
 
N. Məhərrəmli cəza mexanizminin çəkindirici olmasının tərəfdarı olduqlarını da vurğulayıb.

 





02.05.2013    çap et  çap et