525.Az

“Brillianta reklam lazım idi”


 

“Brillianta reklam lazım idi”<b style="color:red"></b>

Xalq artisti Aygün Kazımova həmkarı Brilliant Dadaşova haqqında yeni açıqlama verib.

Axşam.az-ın məlumatına görə, “ATV” telekanalında yayımlanan “Gün keçir” verilişinə zəng edən müğənni Brilliantın qalmaqal yaratmasının səbəbini tapdığını deyib:

“Bu səhər internet portallarında oxudum ki, Brilliant Dadaşova yaxın günlərdə konsert verəcək. Ona reklam lazım imiş. Məndən istifadə etdi. Ay canım-gözüm Brilliant, deyərdin çıxıb sənin konsertini reklam edərdim də. Deyərdim ki, ay camaat Brilliantın konsertidir. Bu cür qalmaqal nəyə lazım idi ki...”.

 





02.05.2013    çap et  çap et