525.Az

Hərbçilər ağır yol qəzasına düşüb, ölən və yaralananlar var


 

Hərbçilər ağır yol qəzasına düşüb, ölən və yaralananlar var<b style="color:red"></b>

Bakıda hərbçilər ağır yol qəzasına düşüb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 1-də qeydə alınıb. Bakı şəhər sakini Elçin Mahmudov idarə etdiyi "Chevrolet" markalı avtomaşını yolun kənarındakı qaz borusuna çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.
 
Avtomobildə olan sərnişinlər - Aqil Hüseynov, miçman Vüqar Ağayev və kiçik miçman İsgəndər Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 





02.05.2013    çap et  çap et