525.Az

BMT Arktik buzlaqların sürətlə əriməsindən narahatdır


 

BMT Arktik buzlaqların sürətlə əriməsindən narahatdır<b style="color:red"></b>

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı ötən ilin avqust-sentyabr aylarında Arktik buzlaqların rekord şəkildə əriməsindən narahatlıq ifadə edib.

APA-nın məlumatına görə, təşkilatın hesabatında bildirilir ki, 1850-ci ildən sonra 10 ən isti il siyahısına düşən 2012-ci ilin payızında Arktikada buzlaqların sahəsi 3,4 milyon kvadrat kilometr təşkil edib ki, bu da 2007-ci ilə nisbətən 18 faiz azdır. 2012-ci ildə yer və okean səthində havanın orta temperaturu 1961-1990-cı illərin orta temperaturundan (14 dərəcə) 0,45 dərəcə çox olub. Havanın hərarətinin Şimali Amerika, Cənubi Avropa, Rusiyanın qərb hissəsi, Şimali Afrika regionları və Cənubi Amerikanın cənubunda daha çox artdığı hiss olunur.

 





02.05.2013    çap et  çap et