525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Aprelin 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
havanın temperaturunun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz  17-19° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 %  təşkil edəcək.
 
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
 





26.04.2017    çap et  çap et