525.Az

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri elan olundu


 

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri elan olundu<b style="color:red"></b> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində "Qızıl Kəlmə" Ədəbi Mükafatı Komissiyasının yekun iclası keçirilib.
 
2013-cü il üzrə müsabiqəyə 4 nominasiya üzrə (nəsr, poeziya, ədəbi tənqid və publisistika və orijinaldan bədii tərcümə) 30 əsər təqdim edilib.
 
Əsərlərin qəbulu 1 mart 2013-cü ildə başa çatıb. Bütün əsərlər Mükafat Komissiyasının hər bir üzvü tərəfindən oxunub.

Komissiya üzvlərinə "Qızıl Kəlmə" Ədəbi Mükafatına təqdim olunan əsərləri qiymətləndirmə cədvəli verilib, komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd edib.

Qiymətləndirmə cədvəlinə əsasən alınmış nəticə səsə qoyulub. Dörd əsas mükafatla yanaşı bu dəfə də "Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində daha iki əsəri fərqləndirən "Şans" ödülünün verilməsi də məqsədəuyğun sayılıb. Təkliflər ümumiləşdirilərk səsə qoyulub.

Müzakirələrin sonunda müvafiq qərarlar qəbul edilib. 

Nəsr nominasiyası üzrə Mustafa Çəmənlinin "Ölüm mələyi", Pərvinin "Qar yağacaq";

Poeziya nominasiyası üzrə Adil Cəmilin "Yurd yerim - dərd yerim", Elçin İsgəndərzadənin "Qürbət hücrəsində" ;

Ədəbi-tənqid və publisistika əsərləri üzrə Rüstəm Kamalın "Sözü işığa danışdım" ,Əsəd Cahangirin "Kim yatmış kim oyaq?" ;

Bədii tərcümə nominasiyası üzrə Elxan Zal Qaraxanlı, Akif Əhmədgil "Kuman nəğməsi" kitabları qalib elan olunmuşlar.

"Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülünə isə Qismətin "Meqapolis hüznləri", Elnarə Akimovanın "Yeni təfəkkür və ədəbi tənqid" kitabları layiq görülmüşdür.

Qalibləri təbrik edirik.
 





03.05.2013    çap et  çap et