525.Az

Bakıda Almaniya vətəndaşı olan tələbə öldürülüb


 

Bakıda Almaniya vətəndaşı olan tələbə öldürülüb<b style="color:red"></b>

 Bakıda Almaniya vətəndaşı qətlə yetirilib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Əhməd Rəcəbli küçəsi, 3 B ünvanında qeydə alınıb.
 
Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Vusal Şilder Adolfa naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
 
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, öldürülən şəxs Qərb Universitetinin tələbəsidir.

 





03.05.2013    çap et  çap et