525.Az

Meksika səfirliyi Frankofoniya Həftələrinin bağlanış mərasimində


 

Meksika səfirliyi Frankofoniya Həftələrinin bağlanış mərasimində<b style="color:red"></b>

Aprelin 22-də Bakıda Frankofoniya Həftələrinin bağlanış mərasimi keçirilib.

Meksika səfirliyi həmin tədbirdə iştirak edərək, mərasimə təşrif buyuranların arasında böyük marağa səbəb olan Meksika mədəniyyəti və mətbəxinin nümunələrini təqdim edib.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini daxil olmaqla, iştirakçı ölkələrin səfirləri üç həftə ərzində keçirilən tədbirlərdə iştirak edənlərə təşəkkürlərini ifadə ediblər.

Vurğulamaq lazımdır ki, Meksika Beynəlxalq Frankofoniya Təşkilatının 58 üzv ölkəsi və 26 müşahidəçisindən biridir.

Xatırladaq ki, bu Diplomatik Nümayəndəlik Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Rumınıya və İsveçrə Səfirlikləri ilə birgə Bakıda 1-22 aprel 2017-ci il tarixlərində baş tutmuş fransız dili və Frankofoniya bayramını qeyd edib.

Ceyhun ABASOV

 





26.04.2017    çap et  çap et