525.Az

Prezident Sumqayıtda bir sıra obyektin açılışında iştirak edib


 

Prezident Sumqayıtda bir sıra obyektin açılışında iştirak edib <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev mayın 3-də Sumqayıt şəhərinə səfər edib.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin xatirəsini yad edib, onun abidəsi önünə gül dəstəsi qoyub.
 
Azərbaycan prezidenti Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
 
Sonra prezident Cümə Məscidində əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.
 
Daha sonra dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıtda “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi mərasimində iştirak edib.
 
Prezident “Gilan” Tekstil Kompleksinin açılışında da iştirak edib.

 





03.05.2013    çap et  çap et