525.Az

Sabah Bakıda kitab yarmarkası keçiriləcək


 

Sabah Bakıda kitab yarmarkası keçiriləcək<b style="color:red"></b>

Sabah Azərbaycan Dövlət Filarmoniyasının bağında Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi kitab sərgi –yarmarkası keçiriləcək.

525.az-ın məlumatına görə, sərgi-yarmarka saat 11:00-dan 18:00-a qədər davam edəcək. Yarmarkada nəşriyyatlar kitablarınının satışlarını və sərgisini təşkil edəcəklər. Eyni zamanda yazıçılarla görüşlər və imzalanma mərasimləri keçiriləcək.

 





03.05.2013    çap et  çap et