525.Az

Tovuzda milli qəhrəmanın büstünün açılışı oldu


 

Tovuzda milli qəhrəmanın büstünün açılışı oldu<b style="color:red"></b> Tovuzun ön cəbhə kəndlərindən biri olan Ağdamda Milli Qəhrəman Naiq Yusifovun büstünün açılışı olub.
 
APA-nın məlumatına görə, açılışda Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, kənd ziyalıları, ictimaiyyət nümayəndələri, Ağdam kənd sakinləri və məktəblilər  iştirak ediblər.
 
Tovuz rayon İcra Hakimiyyətinin başçısı T.  Zeynalov N. Yusifovun qəhrəmanlığından danışıb. Q. Paşayeva Milli Qəhrəmanın böyüyüb boya-başa çatdığı Ağdam kəndinin Azərbaycanın qəhrəman kəndlərindən biri olduğunu bildirib:

“Qəhrəman qardaşımız Naiq Yusifov bütün gənclərin yaxından tanımasını və onun şəhidlik zirvəsinə gedən qəhrəmanlıqla dolu həyat yolunu hər bir gəncimizin öyrənməsini çox istəyirəm. Hər bir azərbaycanlı işğalçı Ermənistanın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıdır. Aprel zəfəri dövlətimizin və ordumuzun gücünü bir daha bütün dünyaya göstərdi. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik. O gün uzaqda deyil”.
 
Sonra Milli Qəhrəmanın valideynləri çıxış edərək xatirələrini bölüşüblər. Sonra büstün açılışı olub. Anım mərasimi N. Yusifovun doğulduğu evdə davam edib.
 





29.04.2017    çap et  çap et