525.Az

Gəncədə Zərifə Əliyeva ilə bağlı elmi-praktik konfrans keçirildi


 

Gəncədə Zərifə Əliyeva ilə bağlı elmi-praktik konfrans keçirildi<b style="color:red"></b>

Gəncədə “Akademik Zərifə Əliyeva - kamillik və müdriklik zirvəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunub. Konfrans akademikin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin  nümayişi ilə  başlayıb. Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, professor Sevda Qurbanəliyeva konfransı açıq elan edərək, Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yoluna nəzər salıb.

Gəncə şəhər Oftalmoloji Xəstəxananın baş həkimi Azər Məmmədov “Böyük insan, böyük həkim”, Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsinin elmi işçisi Yazgül Abdıyeva “Akademik Zərifə xanım Əliyeva - görkəmli alim, əvəzsiz insan”, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim-oftalmoloqu Tələt Nəbiyev “Akademik Zərifə Əliyevanın elmi irsinin müasir dövrdə tədqiqi və tətbiqi məsələləri”, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim-oftalmoloqu Ruhiyyə Məmmədova “Akademik Zərifə Əliyeva  milli oftalmologiyanın banisidir”, 2 saylı şəhər xəstəxanasının baş həkimi Roza Qafarova “Akademik Zərifə xanım Əliyeva - ziyalı və qayğıkeş ana”, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim - anestezioloqu Sevil Allahverdiyeva “İstehsalat travmalarının müalicəsində böyük oftalmoloq alimin yenilikləri” mövzularında məruzələrlə çıxış ediblər.

Millət Vəkili Pərvin Kərimzadə və GDU-nun prorektoru Gülsüm Fətəliyeva çıxışlarında vurğulayıblar ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O da qeyd olunub  ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir, o, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Konfransın sonunda Gəncə şəhərinin ictimai həyatında və şəhər əhalisinin sağlamlığının qorunmasında fərqlənən,  Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Buynuz , həmçinin Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkimlərindən bir qrupu Gəncə şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Zakir Muradov
Gəncə

 





29.04.2017    çap et  çap et