525.Az

“Shamkir Chess 2017”nin qalibi müəyyənləşdi


 

“Shamkir Chess 2017”nin qalibi müəyyənləşdi<b style="color:red"></b> Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 4-cü dəfə keçirilən yarışın qalibi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov olub.
 
“Şah” 10 turdan sonra 5.5 xalla hər kəsi qabaqlayıb.
 
Turnirin reytinq favoriti Uesli So, bolqar Veselin Topalov və rusiyalı Vladimir Kramnik 5 xalla 2-ci 4-cü yerləri bölüşüblər.
 
Qeyd edək ki, yarışdakı digər təmsilçimiz Teymur Rəcəbov turniri 4 xalla 8-ci pillədə başa vurub.
 





01.05.2017    çap et  çap et