525.Az

ARDNŞ fəhlələrin tətili barədə xəbərləri təkzib edir


 

ARDNŞ fəhlələrin tətili barədə xəbərləri təkzib edir<b style="color:red"></b>

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bibiheybət" Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) heç bir tətil keçirilmir. Bunu “Trend”ə ARDNŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev deyib.

Qeyd edək ki, daha əvvəl bəzi KİV-in yaydığı məlumatda NQÇİ-də əməkhaqqından narazı olan 100-ə yaxın işçinin tətilə başladığı bildirilirdi.

N. Quliyev deyib ki, idarədə 40 briqada işləyir. Bütün briqadalar iş yerindədir.

Qeyd edək ki, bu gün səhər saatlarında NQÇİ-nin 8 əməkdaşı ötən aya görə əməkhaqqında fərqi aydınlaşdırmaq üçün idarəyə gəlib. İzahatdan sonra cavabdan razı qalan əməkdaşlar işi davam etdiriblər.

 





03.05.2013    çap et  çap et