525.Az

Təhsil və İqtisadiyyat nazirlikləri arasında memorandum imzalanacaq


 

Təhsil və İqtisadiyyat nazirlikləri arasında memorandum imzalanacaq<b style="color:red"></b> Bu ay Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi arasında memorandum imzalanacaq.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov nazirliyin illik hesabatın təqdimatında bildirib ki, məzunların əmək bazarındakı dəyərini, iqtisadiyyatın rəqabətliliyini artırmaq, iqtisadi perspektivləri daha asanlıqla reallaşdırmaq üçün iki qurum arasında kadrların hazırlığı, sifarişi uzun müddətli proqnozların hazırlanması və digər istiqamətlər baxımından daha sıx əməkdaşlığa ehtiyac var.
 
Onun sözlərinə görə, müşahidə edilən yanaşmaya görə uğurlu Azərbaycan məzunu bəzi kompitensiyalara malik olmalıdır:

“Bu, çeviklik, informasiya texnologiyaları sahəsindəki bacarıqlardır. Biz buna ayrı ixtisas kimi deyil, istənilən peşə və ixtisasın zəruri kompitensiyası kimi baxırıq.
 
Öz ixtisası üçün zəruri olan informasiya texnologiyaları biliklərinə malik olmayan insanların əmək bazarında perspektivləri ürəkaçan deyil. Ya regional, ya da qlobal əhəmiyyətə malik olan xarici dil biliklərini Azərbaycan məzununa verə bilsək, onların hər zaman əmək bazarında  iş yerlərinin olacağına inanırıq.

Hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün mövcud deyil. Bu rəqəm Dünya İqtisadi Forumunun təhlilindən götürülüb”.
 





01.05.2017    çap et  çap et