525.Az

Xarici dil dərsliklərinin hazırlanmasında yeniliklər ediləcək


 

Xarici dil dərsliklərinin hazırlanmasında yeniliklər ediləcək<b style="color:red"></b> Azərbaycanda xarici dil dərsliklərinin hazırlanması istiqamətində yeniliklər ediləcək.
 
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkədə ilk dəfə olaraq xarici dil dərsliklərinin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrin mütəxəssisləri tərəfindən xarici universitetlərdən hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan dərsliklərdən istifadə olunacaq.
 
Onun sözlərinə görə, hazırda bu  imkanlara baxılır, qarşılıqlı müzakirələr aparılır. M.Cabbarov qeyd edib ki, bu istiqamətdə islahatlar gələcəkdə də davam edəcək:

“Təhsilin məzmunu, xüsusilə informatika və xarici dillərin tədrisi üzrə bir sıra layihələrə başlanılıb”.
 





01.05.2017    çap et  çap et