525.Az

Moskva və Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılır


 

Moskva və Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılır<b style="color:red"></b> Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.
 
"APA-Economics" xəbər verir ki, uçuşları "Severnıy veter" (Şimal küləyi) aviaşirkəti yerinə yetirəcək. Bildirilir ki, aviaşirkət həftədə 3 dəfə Lənkərana uçacaq.
 
Bundan başqa, şirkət Moskva və Sankt-Peterburq şəhərindən də Lənkərana uçuşlar yerinə yetirmək niyyətindədir.
 
Qeyd edə ki, hazırda Yekaterinburqun "Koltsovo" hava limanından Bakıya birbaşa aviareys mövcuddur. Aviareysi "Uralskiye pelmeni" aviaşirkət yerinə yetirir.
 





01.05.2017    çap et  çap et