525.Az

SOCAR Supsa limanından xam neft ixracını 13% artırıb


 

SOCAR Supsa limanından xam neft ixracını 13% artırıb<b style="color:red"></b>

Bu ilin aprel ayında SOCAR Supsa limanından 174 min 579 ton xam neft ixrac edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 1,14% azdır.
 
"APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, mart ayı ilə müqayisədə isə SOCAR Supsa limanından xam neft ixracını 2,31% azaldıb.
 
Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində Supsa limanından 878 min 664 ton xam neft ixrac edilib. Bu isə ötən ilin 4 ayı ilə müqayisədə 13,12% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

 





01.05.2017    çap et  çap et