525.Az

İlham Əliyev Albaniyanın yeni prezidentini təbrik etdi


 

İlham Əliyev Albaniyanın yeni prezidentini təbrik etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev İlir Metanı Albaniya prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, məktubda deyilir:
 
“Hörmətli cənab Meta, Albaniya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
 





01.05.2017    çap et  çap et