525.Az

Bhuttonun ölümünü araşdıran müstəntiq öldürüldü


 

Bhuttonun ölümünü araşdıran müstəntiq öldürüldü<b style="color:red"></b>

Pakistanın keçmiş baş naziri Bənəzir Bhuttonun ölümünü araşdıran müstəntiq Çaudri Zülfüqar Əli öldürülüb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata əsasən, İslamabadda müstəntiqin hərəkət halında olan avtomobilinə atəş açılıb.

Motosikletdən açılan yaylım atəşi nəticəsində müstəntiq ağır yaralanıb. Bir çox yerindən yara alan müstəntiqi xilas etmək mümkün olmayıb. Hadisə əsnasında müstəntiqin sürücüsü yaralanıb, yoldan keçən bir nəfər isə dünyasını dəyişib

 





03.05.2013    çap et  çap et