525.Az

TRT-nin Bakı bürosunun rəhbəri Tərcümə Mərkəzində


 

TRT-nin Bakı bürosunun rəhbəri Tərcümə Mərkəzində<b style="color:red"></b>

Türkiyənin TRT Bakı bürosunun rəhbəri Yıldıray Arslan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən 525.az-a verilən məlumata görə, görüş zamanı Mərkəzin Türkiyə ədəbiyyatına ayırdığı diqqətdən, görkəmli türk yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə tərcümə edilməsindən, Azərbaycan oxucusuna tanıdılmasından danışılıb. Həmçinin yaxın günlərdə Azərbaycan dilində işıq üzü görəcək “Türkiyə ədəbiyyatı antologiyası”ndan söz açılıb.

Y.Arslan Mərkəzin Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin qurulması istiqamətində həyata keçirdiyi layihələrlə bağlı məmnunluğunu ifadə edib. Mərkəzin ədəbiyyatlararası əlaqələr üzrə fəaliyyətinin TRT kanalı tərəfindən işıqlandırılmasının hər iki ölkənin ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyini bildirib.

 

 





02.05.2017    çap et  çap et