525.Az

“Thomson Reuters”-ın Rusiya ofisinin baş redaktoru BANM-də


 

“Thomson Reuters”-ın Rusiya ofisinin baş redaktoru BANM-də <b style="color:red"></b> Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və “Thomson Reuters”-ın Rusiya ofisinin məhsul bazarı üzrə baş redaktoru Aleksandr Yerşov arasında görüş keçirilib.
 
BANM-dən 525.az-a verilən məlumata görə, rektor Ali Məktəbin yaranma tarixi, 5 ildə əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsi haqqında bəhs edib.
 
Aleksandr Yerşov bildirib ki, təmsil etdiyi agentlik 100-dən çox ölkədə fəaliyyət göstərən və 60 mindən çox işçisi olan beynəlxalq korporasiyadır. Hazırda dünyanın yeddi mindən çox aparıcı universiteti, elmi-tədqiqat institutları, hökumət təşkilatları, habelə, özəl şirkətləri “Thomson Reuters” korporasiyanın xidmətlərindən faydalanır.

Qeyd edilib ki, Türkiyə, Rusiya, Qazaxıstan və başqa ölkələrin korporasiyanın xidmətlərindən istifadəsi sayəsində bu dövlətlərin elm tutumlu nəşrlərinin sayı və elm sahəsində rəqabətə davamlılıq qabiliyyəti əsaslı şəkildə yüksəlib.

Aleksandr Yerşov deyib ki, bütün bunlar “Thomson Reuters” ilə əməkdaşlığın səmərəliliyini təsdiqləyir.
 





02.05.2017    çap et  çap et