525.Az

Türkmənistan BTC ilə neft nəqlini 56% artırıb


 

Türkmənistan BTC ilə neft nəqlini 56% artırıb<b style="color:red"></b>

Bu ilin aprel ayında Bakı-Tbilisi-Cehyan (BTC) əsas ixrac boru kəməri ilə 546 171 ton Türkmənistan nefti nəql olunub.

"APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin analoji ayı ilə müqayisədə 195 309 ton və ya 55,66% çoxdur.

Bu ilin mart ayı ilə müqayisədə isə BTC ilə 528 700 ton və ya 31,26 dəfə çox Türkmənistan nefti nəql edilib.

Xatırladaq ki, bu ilin mart ayında BTC kəməri ilə 17 471 ton Türkmənistan nefti nəql olunub. 2016-cı ilin aprel ayında isə bu kəmərlə 350 862 ton Türkmənistan nefti nəql edilib.

 





02.05.2017    çap et  çap et