525.Az

“Azərbaycanda Çin təsviri incəsənəti”


 

“Azərbaycanda Çin təsviri incəsənəti” <b style="color:red"></b>

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycanda Çin təsviri incəsənəti” mövzusunda elmi seminar baş tutub.

ADU-dan 525.az-a verilən məlumata görə, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov incəsənət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı, bədii sərgi mübadiləsi barədə danışıb.

Professor Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında imzalanan əməkdaşlıq haqqında müqavilənin mədəniyyət sahəsində əhəmiyyətini xüsusilə qeyd edib.

O, 1996-cı ildə H.Əliyevin şəxsi dəvəti ilə ənənəvi Çin rəsmləri “panda və pion” tərzində işləyən gənc Çin rəssamı Dzen Yanqyanqın Bakıya gəlişini yada salıb.

Seminarda çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin Qrafika fondunun müdiri Sevda Həbibova bir-biri ilə sıx əlaqədə olan rəsmlərin, qrafikaların və kalliqrafiyanın Çin təsviri ənənəsi, Çin tətbiqi incəsənətinin qədim növlərinin əsas tərz və rəngləri haqqında danışıb. Muzeyin kolleksiyasında olan məşhur Çin rəssamı Tsi Bayşinin yaradıcılığında ipəkdən toxunmuş Çin pannosunun janr müxtəlifliyi üzərində xüsusilə dayanıb.

Tədbirin sonunda Çin rəsmlərinin əsas janrlarına həsr olunmuş film nümayiş olunub.

 





02.05.2017    çap et  çap et