525.Az

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu


 

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu<b style="color:red"></b>

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasında Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı Beydulla Qurbanovun təhsil haqqı məsələsi müzakirə olunub.
 
AzTU-dan 525.az-a verilən məlumata görə, rektor əvəzi, Elmi Şuranın sədri Xalıq Yahudov Beydulla Qurbanovun universitetin Avtomatika və kompyuter texnikası (AKT) fakültəsində ödənişli əsaslarla oxuduğunu bildirib. Şəhid ailələrinə, Milli qəhrəmanlara və ailə üzvlərinə qayğı göstərilməsinin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən olduğunu deyən Xalıq Yahudov Şura üzvlərinə Beydulla Qurbanovun təhsil haqqının universitetin hesabına ödənilməsini təklif edib və qərar yekdilliklə qəbul olunub.

İclasda bildirilib ki, Milli Qəhrəmanın ailə üzvlərinə Bakının Xətai rayonunda 5 otaqlı mənzil və Qusar rayonunda ev tikmək üçün torpaq sahəsi verilib. Bundan əlavə onların digər sosial problemlərinin həlli də aidiyyəti dövlət orqanlarının nəzarətindədir.
 
Qeyd edək ki, Milli Qəhrəman Çingiz Qurbanov özü də Azərbaycan Texniki Universitetinin məzunu olub.

 





02.05.2017    çap et  çap et