525.Az

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu


 

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu<b style="color:red"></b> Mayın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycanın və Türk dünyasının görkəmli şairi Molla Pənah Vaqifin 300 illik yubileyinəhəsr olunan dəyirmi masa keçirilib.
 
Açılış nitqi ilə çıxış edən adıçəkilən kafedranın müəllimi, dosent Aytac Zeynalova M.P.Vaqifin yaradıcılığından söz açaraq onun zəngin irsindən, ictimai-siyasi xadim kimi fəaliyyətindən bəhs edib.

A.Zeynalova tədbirin prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təşkil edildiyini bildirib.

Şairin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edildiyini qeyd edən A.Zeynalova cari ilin TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif ili” elan olunması barədə də məlumat verib.
 
Dəyirmi masada Filologiya və jurnalistika fakültəsinin 237-ci qrup tələbələriəsl sənət əsəri olan şeirləri ilə ürəklərə yol tapan şairin həyat və yaradıcılığı, müəllifi olduğu şeirləri, qoşmaları, qəzəlləri, əsərləri haqqında geniş məlumat verib. Onlar, həmçinin şairin “Bax” qəzəlini, “Hayıf ki yoxdur” şeirini və qoşmalarını səsləndirib.
 
Adıçəkilən qrupun tələbəsi Çiçək Mirzəzadə şairin “Eylə” qoşmasına bəstələdiyi mahnını ifa edib, onun “Bəribax”qoşmasına yazdığı nəzirəni səsləndirib.
 





02.05.2017    çap et  çap et