525.Az

Ronaldo "Real"ı finala yaxınlaşdırdı


 

Ronaldo "Real"ı finala yaxınlaşdırdı<b style="color:red"></b>

Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə Madrid derbisi baş tutub. “Real” öz meydanında “Atletiko”nu qəbul edib.

Son 3 ildə bu komandalar Çempionlar Liqasının finalında 2 dəfə üz-üzə gəliblər ki, hər iki halda da “Real” kuboku başı üzərinə qaldırıb.

Elə budəfə də qələbə "Real"ın olub. Het-trik etməklə gecəyə damğasını vuran Kriştiano Ronaldo "Kral klubu"nu finala yaxınlaşdırıb.

Çempionlar Liqası

Yarımfinal, ilk oyun

2 may

“Real” (İspaniya) - “Atletiko” (“İspaniya) - 3:0
Qollar
: Ronaldo, 10; 73; 86

3 may

“Monako” (Fransa) - “Yuventus” (İtaliya)

Qeyd edək ki, cavab görüşləri 1 həftə sonra keçiriləcək.

 





03.05.2017    çap et  çap et