525.Az
Rəşid Behbudovun həyat yoldaşı vəfat etdi
Mərhum Xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.
Bu barədə APA-ya Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib.
Onun sözlərinə görə, C. Behbudova mayın 2-də dünyasını dəyişib:
“Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi.
Vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”.
03.05.2017
çap et